İçeriğe geçmek için "Enter"a basın

Bu əsgər kimə oxşayır? (VİDEO, FOTO)

18-01-2015


18.01.2015 08:16 xeber –

Ukraynalıları dəstəkləyən “Youtube” kanalında maraqlı video yayılıb.

ANS PRESS-in məlumatına görə, Ukraynalılar separatçıların içində nəinki rus əsgəri, Rusiya prezidentinin olduğunu da iddia edən video yayıblar.

Separatçılar arasında olan əsgərlərdən biri simaca tam Rusiya prezidentinin gəncliyini xatırladır.

Əlbəttə bu bir bənzətmə olsa da Vladimir Putinin gizli saxladığı həqiqətlərə bir növ işarədir.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində şiddətli döyüşlər yenidən başlayıb.

Qızğın döyüşlər Krasnoqorovka, Avdiyevka, Peski, Trexizbenka və Nijnie Luqansk vilayətlərində də gedir.

Döyüşlər nəticəsində yaşayış məntəqələrinə də mərmilər düşüb. Dinc sakinlər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Bir nəfər isə həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Donetsk aeroportunda da qızğın döyüşlər gedir. Separatçılar aeroportu ələ keçirməyə çalışırlar. Ordu qüvvələri müqavimət göstərir.

Mənbə : Anspress.com

Bu əsgər kimə oxşayır? (VİDEO, FOTO)