İçeriğe geçmek için "Enter"a basın

Serj harada gizlənir?

18-01-2015


18.01.2015 08:44 xeber –

Erməni yazıçı Levon Cavaxyan Gümrüdə baş verən hadisəni şərh edib.

ANS PRESS-in məlumatına görə, şərhi zamanı yazıçı Ermənistanın ermənilərə aid olmadığını iddia edib.

“Bu hadisə erməni xalqını titrətdi. Lakin təəssüf ki, deyəsən şok olan yalnız bizik. Çünki qardaş Rusiyadan heç bir reaksiya yoxdur. Telekanallara baxıram, yalnız indi nəsə deməyə başlayıblar. Bu da çox güman ki, dünyada hamı danışdığı üçün nəsə deməməyə utandılar. Əllərində imkan olsaydı bu söhbəti o dəqiqə bağlayardılar”- deyə yazıçı şikayət edib.

“Bilirsiz nə narahat edir. Ölkəmizin prezidenti bu günə kimi baş sağlığı verməyib. Bütün xalq matəmdədir, ölkə silkələnib. Haradasan prezident? Susursan. Bu nədən xəbər verir? Ondan ki, ölkə bizim deyil. Müəyyən olundu ki, bu hakimiyyət bizə aid deyil və biz bu ölkənin yiyələri deyilik”- deyə yazıçı dilə gətirilməyən həqiqətləri üzə çıxardı.

Qeyd edək ki, 12 yanvar tarixində Gümridə 2 yaşlı uşaq olmaqla, Avetisyan ailəsinin 6 üzvü ölü tapılıb. Yalnız 6 yaşlı uşaq sağ qala bilib. Bütün irəli sürülən dəlillər hadisənin rus əsgəri Valeri Permyakovun etdiyinə işarə verir. Onu həbs ediblər və Rusiya cinayət məcəlləsinə uyğun olaraq ittiham olunub. Lakin buna baxmayaraq Ermənistan istintaq Komitəsi də cinayət işi açıb.

Mənbə : Anspress.com

Serj harada gizlənir?