İçeriğe geçmek için "Enter"a basın

Konsertdə 60 nəfər xəsarət aldı

31-12-2016

[r32]

31.12.2016 / 03:04 xeber –

Avstraliyanın Lorn şəhərində keçirilən musiqi festivalında izdiham yaranması nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident “DMA” rok-qrupunun ifasından sonra, tamaşaçıların qonşu səhnəyə keçmək istədikləri zaman baş verib.

 

Məlumata əsasən, xəsarət alanlardan 19 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan 13-ü qadın, 6-sı kişidir. Hadisə səbəbindən konsert yarımçıq dayandırılıb.

mənbə :
lent.az

Konsertde 60 nefer xesaret aldı