İçeriğe geçmek için "Enter"a basın

"Kinder-sürpriz"in yaradıcısı ölüb

31-12-2016

[r32]

31.12.2016 / 10:20 xeber –

Şokolad və daxilində oyuncaq olan məşhur “kinder-sürpriz”in müəllifi Uilyam Selis 83 yaşında İtaliyada ürək tutmasından vəfat edib.

 

APA-nın “Meduza” nəşrinə istinadən verdiyi məlumata görə,  U. Selis “Ferrero” şirkətinin rəhbərlərindən biri olub.

 

“Kinder-sürpriz” satışına 1974-cü ilin əvvəlində başlanıb və o vaxtdan indiyə qədər tək uşaqlar deyil, müxtəlif oyuncaq kolleksiyası yaradan böyüklər arasında da məşhurlaşıb.

 

Qeyd edək ki, ABŞ-da “kinder-sürpriz” satışı qadağan edilib. ABŞ qanunvericiliyi yeməli məhsulların tərkibində yeyilməsi mümkün olmayan detalların yerləşdirilməsini qadağan edir. 

mənbə :
lent.az

"Kinder-sürpriz"in yaradıcısı ölüb