İçeriğe geçmek için "Enter"a basın

Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 məsləhət: Zeytun, limon, rəqs

31-12-2016

[r32]

31.12.2016 / 10:45 xeber –

Bəzən belə də olur, xüsusilə bayram günlərində tamah güclü olanda masa üstünə düzülmüş içkilərdən insan qədərindən artıq içir və sərxoş vəziyyətə düşür. Bu xoşagəlməz hal olsa da, nə etməli, iş-işdən keçmiş olur, çarəsiz vəziyyət yaranır. Daha doğrusu bunun çarəsi var, sadəcə süfrə arxasına küçməzdən əvvəl illər boyu sınanmış vasitələrdən istifadə etmək lazımdı.

Modern.az bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 məsləhət təqdim edir.

 

1. Süfrə arxasına keçməzdən yarım saat əvvəl 1-2 çay qaşığı bitki yağı, daha yaxşı olar ki, zeytun yağı içməklə məclisin sonuna qədər keflənmək təhlükəsindən azad olacaqsınız. Bitki yağı mədənin divarlarını bürüyərək alkoqolun qana tez sorulmasının qarşısını alır.
 

2. Təbii ki, bayram günü dostlar, doğmalar arzularını çatdırmaq üçün sağlıq deməyi, bəzən isə əldə qədəh uzun-uzadı danışmağı xoşlayırlar. Bu sizi bezdirməsin. Belə çıxışlar sizin xeyrinizədir. Çünki bu sağlıqlar zamanı içilən qədəhlərin arasındakı məsafə uzanır. Bu müddət ərzində daha çox maye için. Ancaq şirin içkilərdən imtina edin. Şirin içkilər alkoqolun qana sorulmasını sürətləndirir.
 

3. Məclis arası hərəkət etməyi unutmayın. İstənilən adi hərəkət belə alkoqolun orqanizmdən çıxmasına kömək edir. Hərəkət etmək üçün isə kifayət qədər bəhanə tapmaq olar. Məsələn, əgər telefonunuz zəng çalarsa sizi arayan insanla gəzişə-gəzişə söhbət edə bilərsiniz, və ya rəqs etmək ən yaxşı hərəkət ola bilər, yaxud arabir təmiz hava almaq üçün eyvana giriş-çıxış da hərəkət etmək üçün yaxşı bəhanədir.
 

4. Sərxoş olmağın əsas səbəblərindən biri içkiləri qarışdırmaqdır. Buna görə də çalışın ki, süfrəyə düzülmüş müxtəlif çeşidli spirtli içkiləri qatıb qarışdırmayasınız. Yox əgər bu sizdə alınmırsa nəzərə alın ki, zəif dərəcəli içkilərdən tündə doğru “irəliləmək” daha məsləhətdir.
 

5. Sərxoş olmamaq üçün ən yaxşı vasitələrdən biri C vitaminidir. O alkoqolu tam neytrallaşdırmasa da sərxoş vəziyyətə düşməyi ləngidir. Hər qədəhdən sonra bir-iki limon dilimi sizi arzuladığınız vəziyyətdə saxlayacaq.
 

Bu məsləhətlərə əməl etməklə bayram məclisini xoş əhvalla və həm də bir az ayıq başla yekunlaşdırmaq olar.
Bayramınız mübarək, bayram süfrəniz zəngin olsun…
 

mənbə :
lent.az

Bayram süfresi arxasında serxoş olmamaq üçün 5 meslehet: Zeytun, limon, reqs