İçeriğe geçmek için "Enter"a basın

Ukrayna mətbuatı "Qəbələ"dən yazdı: "Yaxşı oynadılar"

31-12-2016

[r32]

31.12.2016 / 16:09 xeber –

Ukraynanın “ua-football.com” portalı legioner həyatı yaşayan ukraynalı futbolçuların 2016-cı ildəki çıxışlarına əsasən simvolik yığmasını tərtib edib. Apasport.az saytının məlumatına görə, rəmzi komandaya “Qəbələ”də çıxış edən Dmitri Bezotosnı və Vitali Vernidub da düşüb.

 

Yığmanın baş məşqçisi isə “qırmızı-qaralar”a rəhbərlik edən Roman Qriqorçuk seçilib.

 

Həmkarlarımızın dəyərləndirməsini təqdim edirik.

 

Dmitri Bezotosnı – qapıçı, 33 yaş. 2016-cı ildə 51 oyun keçirib, 44 qol buraxıb, 22 “quru” oyun.

 

Ukraynalı legionerlərin içində ən stabil çıxış edən futbolçudur. Yazda komandanın tənqid olunmayan demək olar ki, yeganə üzvü idi. Yayda isə komandasını tez-tez qoldan xilas edərək (təxminən hər oyunda 8-10 dəfə) Avroliqada qrup mərhələsinə çıxmaq yolunda əsas fiqurlardan biri oldu. MTK ilə oyunda penaltini xilas etməsi və “Lill”lə qarşılaşmada bir neçə önəmli “seyv”i ilə uğurda əsas pay sahiblərindən birinə çevrildi. Premyer Liqada isə 2016/17 mövsümünün ilk dövrəsində ümumiyyətlə, qol buraxmadı. 915 dəqiqəlik “quru” oyunla rekord imza atdı. İlk yarıda isə 9 oyunda qapısını qola bağlayaraq “Qəbələ” tarixinin növbəti rekordunu müəyyənləşdirdi. “Divar” təəssüratı bağışladı.

 

Vitali Vernidub – müdafiəçi, 29 yaş. 2016-cı ildə 35 oyun keçirib, 2 qol və məhsuldar ötürmə.

 

Aprelin ortalarına qədər Vitalinin Azərbaycandakı karyerasını fəlakət hesab etmək olar. Topla pis rəftar, tənqidlər, ciddi rəqabət və uyğunlaşma problemlər və s. Ancaq aprel-may aylarında ardıcıl 5 oyunda meydana çıxması onda özünəinam yaratdı. Yoldaşları ilə əla anlaşmağa və təkbətək mübarizələrdə çox güclü çıxış etməyə başladı. “Lill”lə oyunda vurduğu çox vacib qol, “Maribor” və “Anderlext”lə oyunlarda dayaq yarımmüdafiəçisi kimi uğurlu çıxışı ilə yadda qaldı.

 

Roman Qriqorçuk – baş məşqçi. 2016-cı ildə 53 oyun, 28 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət.

 

Bezotosnının uğurlu seriyası, Vernidubun inkişafı, əla yay transferləri, klub tarixindəki ən böyükhesablı qələbə (8:0 – “Neftçi”), Azərbaycan futbolu tarixində ilk dəfə “Böyük beşlik” təmsilçisi üzərində qələbə, Avroliqa tarixində iki dəfə ardıcıl olaraq 4 mərhələ keçib qrup mərhələsinə düşmək, Azərbaycan çemopionatında oynayaraq Xorvatiya millisinə çağrılan ilk oyunçu (Filip Ozobiç) – bütün bunlar hamısı Roman Qriqorçukun “Qəbələ”dəki işinin nəticəsidir. Özünün də dediyi kimi ilk yarım il onun üçün çox çətin keçdi. Ancaq bu mövsüm hətta maliyyə məsələlərində azalma olmasına baxmayaraq, mobil futbol oynayan komanda yarada bildi.

 

Heç bir rəqibdən çəkinməyən, meydanın hər nöqtəsində pressinq edən, qapısının ağzında “avtobus saxlamayan” oyunla komanda “Maribor” və “Lill”ə qarşı uğur qazana bildi. Qrupdakı uğursuzluq fərdi səhvlərdən və itkilərdən qaynaqlansa da, hər halda, “Qəbələ” hətta fransızlara və almanlara qarşı da əsl FUTBOL oynadı.

mənbə :
lent.az

Ukrayna metbuatı "Qebele"den yazdı: "Yaxşı oynadılar"