İçeriğe geçmek için "Enter"a basın

Fişəng uşağın əlini yandırdı

31-12-2016

[r32]

31.12.2016 / 20:56 xeber –

Mingəçevir şəhərində azyaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb, xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə şəhərin M.Maqomayev küçəsindəki 89/11 ünvanda yerləşən mənzildə qeydə alınıb. Ailənin azyaşlı övladı, 2010-cu il təvəllüdlü Haqverdiyev Elgün Elsevər oğlu əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıq edib və onun partlaması nəticəsində uşağın əli yanıb.

 

O, təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.

mənbə :
lent.az

Fişeng uşağın elini yandırdı