İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkilib

15-12-2014

taninmisaktyor

 

Azərbaycanlı gənc istedadlı aktyor Natiq Fərzəliyev türk rejissor tərəfindən əvvəlcə serialda, sonra da filmdə çəkilib.

Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev Türkiyədə filmə çəkilib. Aktyor bu haqda Milli.Az-a danışıb:

“Bir gün teatrda tamaşanı oynayandan sonra tanınmış türk rejissoru Mətin Yüceral bəy mənimlə görüşüb seriala çəkmək istədiyini bildirdi. Serialın 3 bölümünü bizimlə birlikdə Bakıda çəkdi, Türkiyədən isə özü ilə bir aktyor gətirmişdi. Elə oldu ki, müəyyən maddi çətinliklər ilə bağlı olaraq filmi yarıda saxlayıb o Türkiyəyə döndü. Sonradan serialın Bakıda çəkilən bölümləri ilə Türkiyədə çəkdiyimiz bölümləri birləşdirib film etdik. Türkiyədə də çəkilişlərim oldu. Filmin adı “Bunlar bir aləmdir” kimi gedirdi. Türkiyədə isə filmin adını dəyişib “Qaytar pulumu” qoydular. Film komediya janrındadır, baş rolda mən oynayıram. Kasıb bir insanın milyonçu olub “cızığından” çıxması filmin əsas sujet xəttidir. Bunlar da mənim obrazımda öz əksini tapır. Öz həyat yoldaşımı belə, gənc qızlara dəyişirəm. Filmin təqdimatını rejissor Bakıda keçirmək istəyir”.

Türkiyədə yeni bir filmə də dəvət alan aktyor qardaş ölkəyə getməyə hazırlaşır.

“Bu yaxınlarda Türkiyədən yeni bir dəvət də gəlib mənə. O da bədii, komik filmdir. Seriala dəvət alsam, bəlkə uzun müddətli getdim (gülür). Türkiyədə bir neçə gün qalıb, çəkilib gələcəyəm. Onların aktyorlara verdiyi dəyər və qiymət fərqlidir. Qonorar bizimkindən 10 dəfə çoxdur. Mən digər sənət yoldaşlarımı da onlara təklif edirəm. Ola bilsin ki, mən bu filmdə öz doğma dilimizdə danışdım”, – deyən istedadlı aktyora işlərində uğurlar arzulayırıq.

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkilib