İçeriğe geçmek için "Enter"a basın

İŞİD-dən “humanist” addım

18-01-2015

isidezidi

BBC
18.01.2015 15:15 xeber –

İŞİD terror təşkilatı Şimali İraqda əsir götürdüyü yezidi kürdlərinin bir qismini azad edib.

ANS PRESS-in məlumatına görə, əsasən yaşlı yezidilərdən ibarət olan qrup silahlıların nəzarəti altında olan ərazilərdən çıxarılıb. 200-ə yaxın olduğu bildirilən dəstə şənbə günü Kərkük şəhəri yaxınlığında kürd rəsmiləri tərəfindən qəbul olunub.

Silahlıların bu qrupu nəyə görə azad etdiyi hələ ki, məlum deyil. Lakin azad edilənlərin əsasən qoca və uşaqlardan, xəstə və yaralılardan ibarət olması terrorçuların “humanist” addımından xəbər verir.

Azad edilənlərin müalicə olunması üçün kürd Peşmərgə qüvvələri onları birbaşa tibb mərkəzinə aparıb. Bəziləri yaralıdır, bəziləri əlildir və çoxu ruhi və ya psixoloji problemlərdən əziyyət çəkir”

İŞİD ötən il İraqdakı yezidi azlığı icmasına hücum edib, minlərlə adamı öldürüb və ya əsir götürüb. Yezidi icması təxmin edir ki, Mosulda hələ də 3000-dək qadın və uşaq əsir saxlanılır.

Mənbə : Anspress.com

İŞİD-dən “humanist” addım