İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da daha bir qaraderili polis terefinden öldürülüb – Video

14-04-2015


xeber –

Amerika Birləşmiş Ştatlarının ilk qaradərili prezidenti Barak Obamanın prezidentlik dönəmi ölkənin qaradərili əhalisi üçün o qədər də xoş hadisələrlə yadda qalmadı.

Düzdü kitablardan Amerika cəmiyyətində qaradərililərə qarşı həmişə ikili yanaşmanın olduğunu oxumuşduq. Lakin texnologiyaların inkişafı həmin yanaşmanın bu gün də dəyişmədiyini göstərmiş oldu. Okeanın o tayında yenə də qara dərili öldürülüb.

Birləşmiş Ştatalarda son iki həftə ərzində daha bir qaradərilinin polis tərəfindən öldürüldüyünü əks etdirən ikinci video görüntü yayılıb.

Hadisə Oklahoma ştatının Tulsa şəhərində baş verib. Aprelin 2-də çəkilmiş video kadrlarda görünür ki, polis 44 yaşlı Erik Hərris adlı qaradərilini təqib edir. Hərris polis məmuruna gizli şəkildə qanunsuz silah satmaqda ittiham olunub.

Polis məmuru Hərrisi tutduqdan sonra onu yerə yıxır və atəş açır. “Mən ona atəş açdım üzr istəyirəm” deyir.

Qaradərili isə nəfəs ala bilmədiyini deyir. Hərris xəstəxanada dünyasını dəyişib. Artıq rəsmilər atəş açan polisin kimliyini elan ediblər.

Bu 73 yaşlı ehtiyatda olan polis məmuru Robert Batesdir. O, qara dərilinin huşunu itirməsi üçün silahından istifadə etdiyini deyib.

Görüntülər polisin günəş eynəyindəki kamera ilə lentə alınıb.

Bir neçə gün əvvəl də polisin qaradərilini öldürməsini əks etdirən daha bir video yayılmışdı.

Məhz ötən il polisin qaradərilləri öldürməsi ilin sonunda böyük etiraza səbəb olmuşdu, demək olar ki, bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilmişdir.

Mənbə : Anspress.com

ABŞ-da daha bir qaraderili polis terefinden öldürülüb – Video