İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda dehşet: minik maşını vurdu, sonra üstünden yük maşını keçdi – Video

14-04-2015


xeber –

Bu ilin mart ayının 27-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ANS TV-nin məlumatına görə, gecə saat 23:00 radələrində BakI-Quba-Dağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrliyində qəza baş verib.

Qəza zamanı Məmmədov Rahil Adil oğlu idarə etdiyi “Daewoo” markalı maşınla Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman yolu keçən şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Ardınca isə həmin piyadanın üzərindən yük maşını keçib. Nəticədə piyada aldığı xəsartlər nəticəsində hadisə yerindən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Yol-nəqliyyat hadisəsi zamanı isə ölən kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Meyitin əlamətləri: boyu 162 santimetr, yaşı 30-40 arası, əynində tünd göy rəngli gödəkcə, tünd göy rəngli jaket, tünd rəngdə şalvar, qara rəngdə corab və ayaqqabı olub.

Bu səbəbdən də gördüyünüz bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsinə 012 – 342-26-30 şəhər və 055 – 211-63-76 mobil telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Mənbə : Anspress.com

Azerbaycanda dehşet: minik maşını vurdu, sonra üstünden yük maşını keçdi – Video