İçeriğe geçmek için "Enter"a basın

Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu – Şekil

14-04-2015


xeber –

Daha bir Azərbaycan atleti Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatında uğurla çıxış edərək çempion olub.

ANS PRESS-in məlumatına görə, 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan yığmamızın üzvü Boyanka Kostova ilk çıxışında 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb.

O, 105 kq-ı qaldırmaqla Avropa U-23 rekordunu, 109 kq-ı qaldırmaqla isə böyüklər arasında Avropa rekordunu yeniləyib.

“Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb.

Atletimiz U-23-də 8, böyüklər arasında isə 4 rekordu yeniləyərək tarixi nəticə əldə edib.

Ümumilikdə 246 kiloqramlıq nəticə göstərən B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, aprelin 12-də isə Azərbaycan atleti Valentin Xristov 62 kiloqram çəki dərəcəsində çempion olub.

Mənbə : Anspress.com

Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu – Şekil