İçeriğe geçmek için "Enter"a basın

Bakı-Sumqayıt yolunda qeza: 2 yaralı

14-04-2015


14.04.2015 / 03:17 xeber –

Bu gecə Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində, Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Vüsal İmanov "Mercedes" markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus başqa bir "Mercedes"ə çırpılıb.

 

Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək yararsız vəziyyətə düşüb. Sürücü və avtomobildəki  sərnişin Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.  Dərhal əməliyyat olunan yaralıların həyati təhlükəsi aradan qalxıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.

Mənbə : Lent.az

Bakı-Sumqayıt yolunda qeza: 2 yaralı