İçeriğe geçmek için "Enter"a basın

ABŞ İraqı silahlandıracaq

14-04-2015


xeber –

İraqın Baş naziri Heydər Əl-Abadi Vaşinqtona səfər edir.

ANS PRESS-in məlumatına görə, səfərin məqsədi ABŞ prezidenti Barak Obamadan ölkəsi üçün daha çox hava yardımı və İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etmək silah yardımı istəməkdir.

Abadi deyib ki, Birləşmiş Ştatlar artıq İraqa hərbi dəstəyi artırıb, lakin rəsmi Bağdadın hərbi qüvvələri keçən il üsyançıların ələ keçirdiyi böyük əraziləri geri almaq səylərini gücləndirdikcə daha çox hərbi yardıma ehtiyac var.

Heydər Əl-Abadi çərşənbə axşamı Ağ Evdə prezident Barak Obama ilə görüşəcək. Bu, İraq baş nazirinin bu vəzifədə Vaşinqtona ilk səfəridir. Onun ABŞ-dan yeni silah yüklərinə görə ödənişlərin təxirə salınmasını istəyəcəyi gözlənilir. İraq hökuməti neft qiymətlrinin düşməsi və İŞİD qrupuna qarşı hərbi kampaniya ilə əlaqədar xərclərə görə nəğd pul qıtlığı kimi problemlə qarşılaşıb.

ABŞ-ın Müdafiə naziri Eşton Karter Amerika rəsmilərinin İraq baş nazirinin müraciətlərini nəzərdən keçirəcəyini bildirib.
Birləşmiş Ştatlar İŞİD qrupunun İraq və Suriyada mövqelərinin bombardman edilməsi məqsədilə byenəlxalq koalisiyaya başçılıq, eyni zamanda İraqı hərbi yardımla təmin edir və İraq hərbi qüvvələrinə təlim verir. Lakin prezident Obama ABŞ hərbi qüvvələrinin İraqdan çxdıqdan üç il sonra döyüşlərdə iştirak etmək üçün İraqa yenidən Amerika əsgərlərinin göndəriləcəyini istisna edib.

Mənbə : Anspress.com

ABŞ İraqı silahlandıracaq