İçeriğe geçmek için "Enter"a basın

Atatürkün movzleyinde ilk

14-04-2015


xeber –

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünün bayram kimi qeyd edildiyi 24 aprel tarixində Atatürkün movzleyində (Anıtkabir) bir ilk yaşanacaq.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, həmin tarixdə Anıtkabir 24 saat fasiləsiz ziyarətçilər üçün açıq olacaq.

Anıtkabirin həyətində isə səhərə qədər hərbi parad olacaq.

Tədbiri Anıtkabir komandirliyi ilə Sənayeçi Təşəbbüskar və İnvestisiyaçı Biznesmenlər Dərnəyi (SAGİYAD) təşkil edir.

Gecə keçiriləcək mərasim zamanı havaya sülh fənərləri uçurulacaq.

Türkiyə Qızıl Aypara cəmiyyəti səhərə yaxın ziyarətçilərə yarma şorbası və quru çörək verəcək.

Səhər dan yeri söküləndə isə mərasimdə iştirak edənlər aslanlı yolla şəfəq yürüşü edəcək və movzleyə əklil qoyacaqlar.

Həmin gecə əsgərlər Çanaqqala müharibəsi zamanı əsgərlərin geyindiyi forma ilə növbə tutacaq.

Mənbə : Anspress.com

Atatürkün movzleyinde ilk