İçeriğe geçmek için "Enter"a basın

Dernek binasında qan töküldü

14-04-2015


xeber –

İstanbulda gecə saatlarında dərnək binasında silahlı atışma baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbulun Kağıthanə rayonunun Gültəpə məhəlləsində Ayişığı dərnəyi binasında silahlı qarşıdurma yaşanıb.

Hadisəni Osman Kök, Murat Yavi və iki dostunun törətdiyi bildirilir. Onlar aralarında mübahisə olan şəxslərin dərnək binasında olmasını öyrəndikdən sonra oraya hücum ediblər.

Binada olanlar silahlı hücuma elə onlar kimi qarşılıq verməli olublar. Hadisə nəticəsində hücum edənlər və binadakılardan biri ağır şəkildə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan Osman Kök, Murat Yavinin həyatını xilas etmək olmayıb. Digər yaralıların da həyatı təhlükəsinin davam etdiyi qeyd edilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Mənbə : Anspress.com

Dernek binasında qan töküldü