İçeriğe geçmek için "Enter"a basın

BMT-de Yemenle bağlı sesverme

14-04-2015


14.04.2015 / 06:44 xeber –

Aprelin 14-də BMT Təhlükəsizlik Şurasında Yəməndə üsyançı husilərə qarşı silah embarqosunun tətbiq edilməsinə dair qətnamə layihəsi səsverməyə qoyulacaq.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, həmçinin Yəmənin sabiq prezidentinin oğlu və husilərin liderinə qarşı sanksiyaların tətbiqi məsələsinə baxılacaq.

 

Diplomatik mənbələrə görə, qətnamə layihəsi İordaniya tərəfindən Təhlükəsizlik Şurasına təqdim olunub. Bildirilir ki, Rusiyanın BMT-dəki nümayəndələri səsvermə ilə bağlı şərh verməkdən imtina ediblər.

Mənbə : Lent.az

BMT-de Yemenle bağlı sesverme