İçeriğe geçmek için "Enter"a basın

Güleşçiler Avropa Oyunlarına hazırlaşır – Şekil

14-04-2015


xeber –

Heydər Əliyev adına İdman-Konsert Kompleksində aprelin 16-19-da sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS xəbər verir ki, bu turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 16-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 17-də yunan-Roma güləşi üzrə gənclər, 18-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 19-da isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Mənbə : Anspress.com

Güleşçiler Avropa Oyunlarına hazırlaşır – Şekil