İçeriğe geçmek için "Enter"a basın

Telebeler S. Ərebistanına qarşı etiraz etdi

14-04-2015


xeber –

İranın paytaxtı Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası baş qaldırıb. Yüzlərlə tələbə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi qarşısında toplaşaraq rəsmi Ər-Riyadın Yəməndə husilərə qarşı keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid ediblər. Aksiyada, eyni zamanda, Amerika Birləşmiş Ştatları və İsrailə qarşı şüarlar səsləndirilib. Fəallar hər iki ölkənin bayraqlarını yandırıblar.

İranın mədəniyyət nazirliyi Səudiyyə Ərəbistanında iki iranlı qadının zorlanması ilə əlaqədar bu ölkəyə bütün ziyarətləri dayandırıb. Təfərrüatları açıqlanmayan hadisə İran prezidenti Həsən Ruhaninin də qəzəbinə səbəb olub. Ruhani faktla bağlı istintaq başladılmasını tələb edib. İranın xarici işlər nazirliyi Səudiyyə Ərəbistanının bu ölkədəki nümayəndəsini məsələ ilə əlaqədar izahat verməyə çağırıb.

Mənbə : Anspress.com

Telebeler S. Ərebistanına qarşı etiraz etdi