İçeriğe geçmek için "Enter"a basın

Qezada 14 uşaq yaralandı

14-04-2015


xeber –

Amerikanın Texas ştatının Hyuston şəhərində iki məktəb avtobusu toqquşub.

ANS PRESS-in məlumatına görə, “Ria Novosti” agentliyi xəbər verir ki, qəza nəticəsində 14 uşaq aldıqları xəsarətdən xəstəxanaya yerləşdiriliblər.

Hadisə bazar ertəsi səhər şəhərin şimal-şərq hissəsində baş verib. Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, avtoqəza nəticəsində avtobuslardan birinin sürücüsü də xəsarət alıb və xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Yaralılar arasında həyati təhlükə yaşayan yoxdur.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə : Anspress.com

Qezada 14 uşaq yaralandı