İçeriğe geçmek için "Enter"a basın

Salyanda ferma yandı: 9 heyvan kül oldu

14-04-2015


xeber –

Salyanda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermada qeydə alınıb.

Fermanın dam örtüyü yanıb.

Yanğın nəticəsində fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə : Anspress.com

Salyanda ferma yandı: 9 heyvan kül oldu