İçeriğe geçmek için "Enter"a basın

Mağazaya getmek üçün 850 minlik “Porsche” aldı

14-04-2015


xeber –

2012-ci ildə istehsal edilən “Porsche 918 Spyder” hibrit supercarı dünyanın ən sürətli və bahalı maşınlarından biri hesab edilir. ANS PRESS-in məlumatına görə, bu maşından cəmi 918 ədəd istehsal edilib. Əsasən sifarişlə hazırlanıb və zəngin insanlar, iş adamları, məşhurların seçimi olur. Amma bəzən alıcılar arasında standartdan kənar müştərilər də olur.

Belə alıcılardan biri də Floridadan olan 70 yaşlı təqaüdçü olub. Təqaüdçü qadın gündəlik tələbatı üçün özünə “Porsche” alıb.

Bütün ştatda tdığı addım sayəsində məşhurlaşan qadın maşında sərnişin kimi gəzib. Belə ki, o “918 Spyder”ni idarə etmək üçün sürücü də tutub və hibrit modelindən mağazaya getmək üçün istifadə edir.

Xatırladaq ki, “Porsche 918 Spyder” tarixin ən sürətli hibrit idman üslublu avtomobillərindəndir. Onun mühərriki 870 at gücündədir. Bu model indi də ən bahalı maşınlardan biri hesab edilir – 845 000 dollar.

Mənbə : Anspress.com

Mağazaya getmek üçün 850 minlik “Porsche” aldı