İçeriğe geçmek için "Enter"a basın

Parlamentde nöqsanlar açıqlanacaq

14-04-2015


xeber –

Milli Məclisin bu gün növbəti plenar iclası keçiriləcək.

ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Gündəliyə təklif olunan məsələlər bunlardır:

1. Azərbaycan Respublikasının Miili Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.

2. Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

6. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Mənbə : Anspress.com

Parlamentde nöqsanlar açıqlanacaq