İçeriğe geçmek için "Enter"a basın

Martda Azerbaycanda 0,8 % inflyasiya qeyde alınıb

14-04-2015


14.04.2015 / 10:26 xeber –

 

Bu ilin mart ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.

 

Ay ərzində toyuq əti, yumurta, göyərtinin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, qarğıdalı və zeytun yağları, limon, portağal, naringi, banan, alma, armud, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kök, çuğundur, soğan, sarımsaq, kartof, spirtli içkilər, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

 

Mart ayında qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqlar, minik avtomobili və minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.

 

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

 

Mənbə : Lent.az

Martda Azerbaycanda 0,8 % inflyasiya qeyde alınıb