İçeriğe geçmek için "Enter"a basın

Nazir İspaniyaya getdi

14-04-2015


xeber –

Mədəniyyət və turizm naziri İspaniyaya gedir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.

Ə.Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Sammitin ilk günü dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.

Eyni zamanda sammit çərçivəsində cari ilin 18-19 may tarixlərində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparmaq məqsədilə nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.

Mənbə : Anspress.com

Nazir İspaniyaya getdi