İçeriğe geçmek için "Enter"a basın

Muzdla işleyen müellimlerin sayı açıqlandı

14-04-2015


14.04.2015 / 10:45 xeber –

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1514,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə , onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.  Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

 

Mənbə : Lent.az

Muzdla işleyen müellimlerin sayı açıqlandı