İçeriğe geçmek için "Enter"a basın

Polisin maşını cerime meydançasına salındı (Şekil)

18-01-2015


18.01.2015 17:34 xeber –

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi reydə zamanı polis əməkdaşının idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb.

ANS PRESS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, reyd zamanı saxlanılan “KİA” markalı, 90 NK 610 dövlət nömrə nişanlı avtomobilin 15-ə yaxın MMX radarının, bir o qədər də elektron protokol və ödənilməmiş cəriməsinin olduğu üzə çıxıb. Buna görə də, avtomobilin saxlanılıb duracağa qoyulması barədə qərar çıxarılıb.

Reyd zamanı aşkar olunan həmin avtomobil yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Avtomobili idarə edən şəxs özünü 11-ci polis bölməsinin əməkdaşı kimi təqdim edərək əvvəlcə sənədləri verməkdən imtina etsə də, DYP əməkdaşı ona sistemdə olan cərimələr barədə məlumat verəndən sonra maşının cərimə meydançasına aparılmasına razılıq verib




Mənbə : Anspress.com

Polisin maşını cerime meydançasına salındı (Şekil)