İçeriğe geçmek için "Enter"a basın

Tanınmış müğenninin sevgilisi öldürüldü (Şekil)

18-01-2015


18.01.2015 17:50 xeber –

“Taliban” terrorçularının Britni Spirsin sevgilisi Con Sandalı öldürməsi haqqında məlumat yayılıb.

ANS PRESS-in məlumatına görə, 44 yaşlı Con Sandal Əfqanıstanda özəl bir şirkətdə pilot olaraq işləyib.

Ailəsinin sözlərinə görə, o, keçən həftə Əfqanıstanın Kabul şəhərindən qalxan helikopteri idarə edərkən “Taliban” tərəfindən vurulub.

Mətbuatda Britni Spirsin bu hadisədən çox kədərləndiyi yazılır.

Qeyd edək ki, Britni Spirslə Con Sandal 2007-ci ildə bir müddət birlikdə olublar. Sandal Spirsə alkoqol asılılığından xilas olmağa kömək edib. Onlar tanış olandan qısa müddət sonra ayrılsalar da, dost münasibətləri saxlayıblar.

Mənbə : Anspress.com

Tanınmış müğenninin sevgilisi öldürüldü (Şekil)