İçeriğe geçmek için "Enter"a basın

Bakıda emeliyyat: çay evi “priton” çıxdı, 2 nefer yaxalandı

18-01-2015


18.01.2015 18:24 xeber –

Bakıda çay evlərinin birində priton aşkarlanıb.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Əkizlər” çay evinin əxlaqsızlıq yuvasına çevrildiyi müəyyən edilib.

ANS PRESS-in musavat.com-a istinadən verdiyi məlumata görə, “Qara Qarayev” metrosstansiyası ətrafında fəaliyyət göstərən “Əkizlər” çay evində bir qadın və bir kişi saxlanılıb. Çay evi sahibinin tanıdığı şəxslərə obyektində şərait yaratdığı məlum olub.

Qeyd edək ki, son illər şəhərdə çay evi adı altında priton kimi fəaliyyət göstərən məntəqələrin sayında artım müşahidə olunur. Bakı polisinin keçirdiyi əməliyyatlarda bir neçə belə obyekt aşkar olunub.

Mənbə : Anspress.com

Bakıda emeliyyat: çay evi “priton” çıxdı, 2 nefer yaxalandı