İçeriğe geçmek için "Enter"a basın

ABŞ-ın neft şirketleri iflas heddinde

18-01-2015


18.01.2015 18:59 xeber –

Dünya bazarında neftin ucuzlaşması neft istehsal edən ölkələrlə yanaşı ABŞ-a da sərf etmir.

ANS PRESS-in məlumatına görə, son aylarda neftin 2 dəfə ucuzlaşması fonunda ABŞ-ın hasilatla məşğul olan şirkətlərin bir qismi işlərini dayandırmaq məcburiyyətində qalıb.

Səbəb isə hasil olunan neftin maya dəyərinin indiki qiymətlərlə müqayisədə iqtisadi baxımdan sərfəli olmamasıdır.

Ötən ilin oktyabrında neftçıxarma platformalarının sayı 1609 idisə, indi onların sayı 1366-ya enib.

Ən böyük ziyan nisbətən kiçik şirkətlərə dəyib.

Qeyd edək ki, son aylarda neftin qiyməti iki dəfə ucuzlaşıb və hazırda barreli təxminən 50 dollar civarındadır.

Mənbə : Anspress.com

ABŞ-ın neft şirketleri iflas heddinde