İçeriğe geçmek için "Enter"a basın

İsrail 7 İŞİD üzvünü yaxaladı

18-01-2015


18.01.2015 21:54 xeber –

İsrail kəşfiyyatı İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirdiyini bəyan edib.

ANS PRESS-in məlumatına görə, İsrail hökümətindən verilən açıqlamada deyilir ki, İordan çayının qərb sahilində İŞİD-in filialı dağıdılıb, 7 ərəbə terrorçuluq ittihamı irəli sürülüb.

Belə ki, şübhəlilərin noyabr və dekabr aylarında həbs edilsədə məlumatın ittihamlar irəli sürülənədək məxfi saxlandığı bildirilib.

Açıqlamada İŞİD üzvlərinin İsrail ərazisində terror aktlartı planlaşdırdığı və “Sələfi Cihad” qrupunu təsis etməyə hazırlaşdığı yer alıb.

Qrupun üzlərinin 22 ilə 44 yaşları arasında insanlardan ibarət olduğu və onların Adnana Ələddin adlı vəkil tərəfindən idarə edildiyi söylənilir.

Mənbə : Anspress.com

İsrail 7 İŞİD üzvünü yaxaladı