İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev Ermenistanın müsteqilliyine bele qiymet verdi – Video

18-01-2015


18.01.2015 22:55 xeber –

İki türk liderinin Çanaqqala qərarı bu iki dövlətin diplomatiyasında dönüş nöqtəsi sayıla bilər. Deməli ermənilərin soyqırım iddiası türk qövmünü gözüqıpıq etmədi. Əksinə tarixin ən dərin qatlarında özünün qalib əşyalarını axtarmağa vadar etdi. Ermənilərin məğlubiyyət günü türklərin qələbə günü kimi qeyd olunacaq.

İlham Əliyev Türkiyəyə yola düşməzdən əvvəl hökumət üzvləri qarşısında çıxış etmişdi. Bu çıxış bir çox yerləri ilə yeni idi. Amma bizim diqqətimizi çəkən onun Ermənistanın statusuna olan münasibəti idi. Bu barədə biz ötən “Hesabat”da danışmışdıq. Amma bu gün yenidən Prezidentin çıxışının bəzi parçalarına qayıtmaq istəyirəm. İlham Əliyev Ermənistanı əslində müstəqil dövlət kimi tanımır.

Prezident İlham Əliyev: “Bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki onların işğalçı siyasətinə görə Ermənistan özünü müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik”.

Mənbə : Anspress.com

İlham Əliyev Ermenistanın müsteqilliyine bele qiymet verdi – Video