İçeriğe geçmek için "Enter"a basın

Barıtın çox olmaqlığı – Video

19-01-2015


19.01.2015 00:22 xeber –

Bayaq dedik ki, Ermənistan Putindən, Lavrovdan dərdə şəriklik gözləyirdi. İndi təsəvvür edin də, Putin Rusiyası onu heç küknarının şişkasına da almır.

Amma bütün Avropa Parisi öz paytaxtı elan etmişdi. Özü də Avropa liderləri o dərəcədə hissə qapılmışdılar ki, İslam peyğəmbərinin karikaturasını çəkənlərlə bir yerdə olduqlarını və bununla da milyarddan artıq müsəlmana qarşı getdiklərini belə ununtmuşdular. Baxmayaraq ki, əqidə azadlığı həm də iman azadlığıdır və birinin əqidə azadlığı digərinin iman azadlığına mane olmamalıdır. Və əgər söhbət sözdən, söz azadlığından gedirsə, Avropada hamı bunu çoxdan bilir ki, hər şeydən əvvəl söz var idi. Amma tanrı sözü, Allah sözü. Və bu sözü də peyğəmbərlər çatdırıblar. Deməli Allahın yanında karikaturaçı rəssamın sözünü də hörmətə mindirən elə peyğəmbərlərin sözüdür… Əks tədirdə söz azadlığının o başı da işə düşəcək. Doğrudan da bir halda ki, peyğəmbər toxunulmaz deyil, onda niyə Birləşmiş Ştatların prezidentinə ikiüzlü deyilməsin… Deməli kimsə durmalı, özünə və hikkəsinə stop deməyi bacarmalıdır.

Bu baxımdan, gərək vəziyyəti və qüvvələri dürüst qiymətləndirəsən. Azərbaycanın xoşuna gəlmir ki, kimsə onun daxili işlərinə qarışır. Deməli başqa dövlətlərin də xoşuna gəlməz onların daxili işlərinə qarışasan. Bəzən adamda belə təəsürat yaranır ki, biz əlimizdən gələni edirik ki, ay Amerika Birləşmiş Ştatları sən Vaşinqtonun qoru bizə sanksiya tətbiq et. Elə bil özümüz can atırıq buna. Anlaşılmazdır. Həm də Birləşmsiş Ştatlarda Azərbaycanla bağlı tənqidi qeyri hökumət təşkilatları edir, bizdə isə onlara cavabları adətən rəsmi şəxslər verir. O cavabı bizim dövlət adamlarımız verir. Amerika da müstəqil dövlətdir. Özü də prezident İlham Əliyev açıq şəkildə deyib ki, biz heç kimin daxili işlərinə qarışmırıq. Onda bizim nə işimizə qalıb ki, orda səfiri nəyin və kimin bahasına Monakoya və ya Fransaya təyin edirlər… Barıtın bir az çox qoyuruq… Hərdən mənə elə gəlir ki, Azərbaycan Amerikadır, Amerka da Azərbaycan. Hə cənablar və xanımlar, bizə müstəqillik lazımdır, amma Şimali Koreya müstəqilliyi formatında yox. Dünyada təcrid olunmuş müstəqillik təhlükəlidir. Əksinə Prezidentin siyasətini həyata keçirmək lazımdır ki, ikitərəfli bərabər hüquqlu münasibətlər quraq. Amerikanın düşməninə çevrilmək komandası verilməmişdi. Bir dəfəlik deyil ki… Yer kürəsi fırlanır. Təsadüfən Amerika ilə yolumuz rast da düşə bilər… Toqquşmaqdan qorxmursuz?

Mənbə : Anspress.com

Barıtın çox olmaqlığı – Video