İçeriğe geçmek için "Enter"a basın

MHP-liler qezaya düşdü: ölen ve yaralananlar var – Video

19-01-2015


19.01.2015 02:56 xeber –

Türkiyədə müxalifətçi Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvlərinin olduğu mikroavtobus qəzaya düşdü.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Konya vilayətinin Beyşehir rayonunda baş verib.

Konyadan, MHP vilayət qurultayından qayıdan .beyşehir təşkilatı üzvlərinin olduğu mikroavtobus əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

Qəza nəticəsində 3 nəfəri ağır olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəstəxanaya çatdırılan Beyşehir təşkilatının sədri Serhat Turakın həyatını xilas etmək mümkün olmayıb.

Mənbə : Anspress.com

MHP-liler qezaya düşdü: ölen ve yaralananlar var – Video