İçeriğe geçmek için "Enter"a basın

Naşı ermeni zabiti öldü

19-01-2015


19.01.2015 04:18 xeber –

3 erməni zabiti Kəlbəcərdə yol qəzasına düşüb.

ANS PRESS-in məlumatına görə, xəbəri Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Arsurun Ovanisyan təsdiqləyib.

Məlum olub ki, erməni zabitlər işğal olunmuş Azərbaycan torpağında əsl naşı olduqlarından öz başlarına oyun açıblar. “Nissan” sürücüsü qarşı tərəfdə olan kəskin döngəni görməyərək bir anda idarəetməni itirib və maşın dərəyə yuvarlanıb.

Nəticədə mayor Artur Vardüvanyan yerindəcə can verib digərləri mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan bədənlərindən müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Mənbə : Anspress.com

Naşı ermeni zabiti öldü