İçeriğe geçmek için "Enter"a basın

Oland müselman miqranta vetendaşlıq ved etdi

19-01-2015


19.01.2015 06:12 xeber –

Yəhudi marketinə hücum zamanı müştəriləri soyuducuda gizlədərək həyatlarını xilas edən Malidən olan miqrant şad xəbər alıb.

ANS PRESS-in məlumatına görə, 24 yaşlı müsəlman Lassana Batiliyə Fransa vətəndaşlığı vəd edilib.

Bu vədi ona etdiyi şücaətə görə Fransa prezidenti Fransua Olland verib.

Batili “Amerikanın Səsi”nə müsahibəsi zamanı Fransa prezidenti Fransua Ollandın ona şəxsən zəng edərək, vətəndaşlıq vəd etdiyini bildirib.

Lassana soyuducu kamerasında 15 nəfəri gizlədib. Onların arasında bir aylıq körpə də olub.

O özü hadisəni belə danışır: “Onlar aşağı qaçanda mən soyuducunun qapısını açdım. Mənimlə bir neçə nəfər soyuducuya girdik.Mən işığı və soyuducunu söndürdüm, qapını örtdüm. Onlara dedim ki, sakit qalsınlar”.

Qeyd edək ki, girovlar mütəmadi polislə əlaqəda olublar və polisin mağazaya hücumu barədə məlumatlandırılıblar.

Lassana deyir ki, hücumdan sonra “hamı məni təbrik etdi”.İndi onun qəhrəmanlığı sevdiyi ölkədə qanuni yaşayışla əvəz ediləcək.

Mənbə : Anspress.com

Oland müselman miqranta vetendaşlıq ved etdi