İçeriğe geçmek için "Enter"a basın

Şekide 2 mertebeli ev yandı

19-01-2015


19.01.2015 06:46 xeber –

Şəkidə yaşayış evində yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 25 km aralı Baş Göynük kəndində baş verib.
Bildirilir ki, vətəndaşa məxsus hər mərtəbəsi 190 kv.m, ümumi sahəsi 380 kv.m olan iki mərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Mənbə : Anspress.com

Şekide 2 mertebeli ev yandı