İçeriğe geçmek için "Enter"a basın

Nazirler kabineti prezidentin rehberliyinde toplanacaq

19-01-2015


19.01.2015 07:05 xeber –

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyə nazirlər kabinetinin iclası olacaq. ANS PRESS-in məlumatına görə, prezidentin rəsmi iqamətgahı “Ak saray”da keçiriləcək iclas yerli vaxtla saat 11.00-də (Bakı vaxtıyla 13.00) başlayacaq. Yerli vaxtla saat 13.30-da isə iclasda nahar fasiləsi elan olunacaq. İclasın başa çatmasından sonra baş nazirin müavini və hökumətin məruzəçisi Bülent Arınç toplantının məzmunu barədə jurnalistlərə açıqlama verəcək.

Qeyd edək ki, son dəfə 15 il bundan əvvəl Süleyman Dəmirəlin dövründə nazirlər kabineti prezidentin rəhbərliyində toplanmışdı.

Bundan əvvəl isə nazirlər kabineti daha 4 prezidentin, Camal Gürselin, Fəxri Korutürkün, Kənan Evrenin və Turqut Özalın rəhbərliyində iclas keçirib.

Mənbə : Anspress.com

Nazirler kabineti prezidentin rehberliyinde toplanacaq