İçeriğe geçmek için "Enter"a basın

İŞİD Almaniyada terror planlaşdırır

19-01-2015


19.01.2015 08:26 xeber –

Almaniyanın Drezden şəhər polisi bütün növ kütləvi aksiyaları qadağan edib.

ANS PRESS-in məlumatına görə, buraya PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-İslam aksiyası da daxildir.

Qadağaya səbəb isə mümkün terror aktlarıdır.

Məlumata görə, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən İŞİD qruplaşması dayanır.

Qeyd edək ki, Parisdə “Charle Hebdo” jurnalında törədilən qətliamdan sonra Avropada anti-İslam hərəkatları aktivləşib.

Mənbə : Anspress.com

İŞİD Almaniyada terror planlaşdırır