İçeriğe geçmek için "Enter"a basın

Millimiz iki oyunda qelebe qazandı

19-01-2015


19.01.2015 11:16 xeber –

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.

Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub – 3:2.

Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.

Mənbə : Anspress.com

Millimiz iki oyunda qelebe qazandı