İçeriğe geçmek için "Enter"a basın

Rusları doğrayan azerbaycanlı

19-01-2015


19.01.2015 11:30 xeber –

Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərində əyləncə klubda dava salan azərbaycanlılar bir nəfər yerli sakini öldürüblər.

ANS PRESS-in məlumatına görə, yerli “KazanFirst” portalı yazır ki, hadisə gecə saat 5 radələrində baş verib. Klubda əylənən 7 nəfər Azərbaycan vətəndaşı ilə üç yerli sakin arasında dava düşüb. Yerli sakinlərdən ikisi qardaş olub.

Mühafizəçilər dava salanları çölə çıxarıblar. Çöldə davam edən davada azərbaycanlılardan biri bıçaq çıxaraq əsil qırğın törədib, üç nəfər yerli sakini bıçaqlayıb. Qardaşlardan biri hadisə yerində keçinib, yaralanmış iki nəfəri isə xəstəxanaya yerləşdiriblər.

Azərbayjanlılar isə şəhərin mərkəzində yerləşən Azatlık meydanına tərəf qaçaraq, iki taksi ilə aradan çıxıblar. Hadisə yerind iri qan ləkələri qalıb.

Mənbə : Anspress.com

Rusları doğrayan azerbaycanlı