İçeriğe geçmek için "Enter"a basın

Bakıda direktor işden qovuldu

19-01-2015


19.01.2015 14:18 xeber –

Hövsandakı 118 nömrəli tam orta məktəbin direktoru Qardaş Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə məlumat verilib.

118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar bildirir ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarəolunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.

118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcəkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.

Qeyd edək ki, Hövsan kəndində kütləvi aksiya keçirilib.

ANS PRESS xəbər verir ki, buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Sərimovun hərəkətləri və dediyi sözlərdir. Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər deyiblər ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: “Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?”

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Mənbə : Anspress.com

Bakıda direktor işden qovuldu