İçeriğe geçmek için "Enter"a basın

“Qanlı Yanvar” nümayiş olundu (YENİLƏNİB, VİDEO)

19-01-2015


19.01.2015 22:24 xeber –

Vahid Mustafayevin rejissoru olduğu “Qanli Yanvar” filminin təqdimatı uğurla başa çatdı.

ANS PRESS-in məlumatına görə, 20 yanvar hadisələrini əks etdirən film böyük maraqla qarşılandı. Film nümayiş olunandan sonra məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis filmlə bağlı fikirlərini bildirdilər.

Nəbahət Çehrə dedi ki, film onu çox duyğulandırdı: “Azərbaycanın müstəqilliyi uğrunda can verənlərin yeri cənnətdir. Filmi izləyərkən gözlərim doldu”.

Amerikalı aktyor Leyn Devis isə bildirdi ki, Azərbaycanda olmaqdan və bu ölkənin tarixini öyrənməkdən fəxr hissi keçirir.

Mərasimin sonunda rejissor Vahid Mustafayev filmin yaradıcı heyətinə təşəkkür etdi.

…19:28…

Vahid Mustafayevin rejissoru olduğu “Qanli Yanvar” filmi Nizami kinoteatrında təqdim edildi.

“Qanli Yanvar” filminin təqdimatında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili, yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Qənirə Paşayeva, müğənnilər Briliyant, Zulfiyyə Xanbabayeva, Faiq Ağayev və s. tanınmış şəxslər iştirak edib.

Premyerada həmçinin məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis başda olmaqla yaradıcı heyətin üzvləri iştirak ediblər.

“Qanlı Yanvar” bir sıra ölkələrdə də numayiş ediləcək və beynəlxalq festivallara qatılacaq.

Mənbə : Anspress.com

“Qanlı Yanvar” nümayiş olundu (YENİLƏNİB, VİDEO)