İçeriğe geçmek için "Enter"a basın

Zakir Hesenov hüquq müdafieçisi ile danışdı

19-01-2015


19.01.2015 22:57 xeber –

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşdə orduda hüquq və azadlıqların təmin edilməsi məsələləri müzakirə olunub.

ANS PRESS “Turan” agentliyinə istinadən xəbər verir ki, Elçin Behbudov bildirib ki, müdafiə nazirinin yanında ölkənin hərbi prokuroru ilə xüsusi görüş keçirilib. Görüşdə güc qurumlarının rəhbərləri ordudakı cinayətlərin beynəlxalq standartlara uyğun şəkildə araşdırılmasını müzakirə ediblər.

Elçin Behbudovun sözlərinə görə, bəzən hətta cüzi hüquq pozmalara görə hərbçilər cinayət məsuliyyətinə cəlb edilir, halbuki, inzibati həbslərlə də kifayətlənmək olar.

Nazir hüquq müdafiəçisinə əsgərlərin yemək və sosial şəraitinin yaxşılaşdırıldığını, xəstəliklərin azaldığını bildirib.

Mənbə : Anspress.com

Zakir Hesenov hüquq müdafieçisi ile danışdı