İçeriğe geçmek için "Enter"a basın

Ukrayna Rusiyanı Türkiyenin yumurtasına möhtac qoydu

21-01-2015


21.01.2015 / 00:22 xeber –

Ukrayna öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor) məlumatında bildirilir.  

 

“Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətindən bizə verilən məlumata görə, Ukrayna  ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurtanın tranzitinə icazə verilmir”, deyə qurumun məlumatında bildirilir.

 

Rosselxoznadzor qeyd olunan  məhsulun Rusiyaya tədarükü zamanı digər marşrutlardan istifadə etməyi  tövsiyə edir. 

Mənbə : Lent.az

Ukrayna Rusiyanı Türkiyenin yumurtasına möhtac qoydu