İçeriğe geçmek için "Enter"a basın

Göygölde 5 otaqlı ev, Bakıda “KİA” yanıb

21-01-2015


21.01.2015 / 05:22 xeber –

Göygöldə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "KİA" markalı minik avtomobilində yanğın olub. Nəticədə avtomobilin salonunda oturacaq hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

Mənbə : Lent.az

Göygölde 5 otaqlı ev, Bakıda “KİA” yanıb