İçeriğe geçmek için "Enter"a basın

XİN-den girovlarla bağlı AÇIQLAMA

21-01-2015


21.01.2015 / 12:03 xeber –

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar – Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Nazirlik rəsmisi Lent.az-a açıqlamasında bildirib ki, soydaşlarımızın girov götürülməsi dövründə onların azad edilməsi Azərbaycan hökumətinin gündəliyində duran ən ciddi məsələlərdən biri olub: “Bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə xüsusilə mütəmadi danışıqlar aparılmış və onlarla aparılan danışıqlar bu məsələ daim müzakirə mövzusu olub. Təəssüf ki, 2014-cü ildə soydaşlarımızın azad olunması mümkün olmayıb. Bu da qarşı tərəfin siyasətindən daha çox irəli gəlir. Onlar üzərində qurama bir məhkəmə təşkil olunub və bunun heç bir hüquqi əsası yoxdur, heç bir hüquqi mahiyyət də kəsb edə bilməz. 2015-ci il ərzində soydaşlarımızın azad edilməsi istiqamətində XİN-in fəaliyyəti davam etdiriləcək və bununla bağlı digər dövlət qurumları ilə iş aparılır".

 

 

Xatırladaq ki, soydaşlarımız üzərində qurulan qondarma məhkəmənin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Mənbə : Lent.az

XİN-den girovlarla bağlı AÇIQLAMA