İçeriğe geçmek için "Enter"a basın

Ali Radanın deputatı Dmitri Yaroş cebhede yaralandı

21-01-2015


21.01.2015 / 15:17 xeber –

 

 

Ukrayna Ali Radasının deputatı, “Sağ Sektor” Partiyasının lideri Dmitri Yaroş Donbassda gedən döyüşlərdə yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə öz “Facebook” səhifəsində ordunun təminatına kömək edən könüllülərdən (volontyor) biri olan Roman Donik məlumat verib.

 

“Növbəti feyk dalğasının, nekroloqların və panikanın qarşısını almaq üçün bildirirəm ki, Dmitri Yaroş “Qrad” qəlpəsindən yüngül yaralanıb. Yumşaq toxumalar yüngülcə zədələnib, sümükdə hər hansı zədə yoxdur. Xəstəxanaya aparılmasına ehtiyac yaranmayıb. “Zelyonka” sürtdülər və döyüşməyə davam edir”, – deyə R. Donik yazıb. 

 

"Censor.net" saytının baş redaktoru Yuri Butusov isə hadisənin təfərrüatları barədə məlumat verərək Donetsk hava limanı ərazisində D. Yaroşun yaxınlığında mərmi partladığını söyləyib. O bildirib ki, başındakı dəbilqə sayəsində sağ qalan və əlindən ciddi yara alan Yaroş döyüş meydanından çıxarılıb. 

 

Qeyd edək ki, “Sağ Sektor”un könüllü batalyonu Donbassda gedən döyüşlərdə iştirak edir. 

 

w Roma!�oo�����so-ansi-language:RU; mso-fareast-language:RU'>Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb. 

 

 

Mənbə : Lent.az

Ali Radanın deputatı Dmitri Yaroş cebhede yaralandı