İçeriğe geçmek için "Enter"a basın

Bakıda çayxanada facie: domino oynadığı yerde öldü

21-01-2015


21.01.2015 / 18:25 xeber –

Bakıda çayxanaların birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kiçik çayxanalardan birində 1951-ci il təvəllüdlü Qurbanov Şikar Rəcəb oğlu vəfat edib.

 

Bildirilir ki, 64 yaşlı kişi yoldaşları ilə çayxanada domino oynadığı zaman özünü pis hiss edib və yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Məlum olub ki, Ş.Qurbanov artıq dünyasını dəyişib.

 

İlkin ehtimala görə, 64 yaşlı kişi ürək tutmasından vəfat edib.

Mənbə : Lent.az

Bakıda çayxanada facie: domino oynadığı yerde öldü