İçeriğe geçmek için "Enter"a basın

Facebook-da virus təhlükəsi

16-12-2014

facebook-yarisma-virusuGünün çox vaxtını keçirdiyimiz Facebook sosial şəbəkəsində yeni virus yayılıb. İstifadəçilər dostları tərəfindən video paylaşıldığını zənn edirlər və həmin paylaşıma baxmaq üçün keçidin üzərinə basırlar. Bundan sonra həmin istifadəçinin profili virusa yoluxur və eyni paylaşım həmin istifadəçinin də profilində də paylaşılır. Bundan əlavə həmin paylaşıma dostluqda olan istifadəçilər də avtomotik qeyd edilir. Virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamaq məsləhətlidir. Əgər həmin məlumatı açmışsınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüteriniz, başqa komputer yaxud telefonunuzda virusun yayılıb yayılmadığını yoxlayın.

Facebook-da virus təhlükəsi